Qadın güləşi üzrə Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirini lisenziyasız başa vurub.
Apasport.az xəbər verir ki, yarımfinala yüksələn yeganə təmsilçimiz Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarının bir addımlığında büdrəyib.
50 kq çəkidə çıxış edən 1/4 finalda Qabija Dilyute (Litva) üzərində 10:0 hesablı qələbə qazanan Mariya Paris-2024-ə vəsiqə verən yarımfinalda Oksana Livaça (Ukrayna) məğlub olub – 2:4.
Ona qədər digər güləşçilərimiz də lisenziya qazana bilməyiblər. Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kq) 1/4 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, aprelin 5-də keçirilən yunan-Roma güləşi yarışlarında da millimiz günü lisenziyasız başa vurub. Sabah isə sərbəst güləşçilər xalçaya çıxacaqlar.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub