Stefan Akka: "Bu cür oynamağa davam eləsək..."
15.04.2024 - 22:26
Stefan Akka: "Bu cür oynamağa davam eləsək..."

“Zirə”nin müdafiəçisi Stefan Akka apasport.az saytına açıqlama verib.

Qəsəbə təmsilçisinin legioneri öncə Premyer Liqanın 29-cu turunda “Qəbələ” ilə qazandıqları 4:0 hesablı qələbəni şərh edib: “Qəbələ” ilə görüşdə çox yaxşı oyun nümayiş etdirdik. Vacib qarşılaşma olduğundan xəbərdar idik. Yaxşı hazırlaşdıq və məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirərək qələbə qazandıq. “Qəbələ” üzərində qazandığımız qələbə hamımızı çox sevindirdi. Yaxşı komandamız var, 4 qol vurmağımız da əbəs yerə deyil. Hücum mövqeyində çox yaxşı oyunçularımız var. Onlar düşən qol epizodlarından istifadə edə bildi”. 

Akka bu gün “Zirə”nin Premyer Liqanın 30-cu turu çərçivəsində oynadıqları “Sumqayıt”la görüş haqda isə bunları deyib:   “Sumqayıt”la görüşə yaxşı hazırlaşmışdıq. Əsas məqsəd də uğurlu nəticə qazanmaqdır. “Sumqayıt”la görüşdə qələbə qazansaq, yaxşı olardı”.

Kot d-İvuarlı futbolçu “Zirə”nin ikincilik uğrunda mübarizəsinin gərgin keçəcəyini söyləyib: “Turnir cədvəlində komandalar arasında xal fərqi çox deyil. Yəni, mövsümü ikinci pillədə başa vurmaq şansımız var. Təbii ki, bu cür oynamağa davam eləsək, ikinci pilləni tutarıq. Amma qeyd edim ki, komandalar arasında xal fəriq çox deyil deyə, hər matç çox önəmlidir. Hər bir klub ən yaxşı yer üçün mübarizə aparır. Biz də, mübarizəmizi sona kimi davam etdirəcəyik”.

0