Stend atıcılığı üzrə Bakı birinciliyinin qalibləri bəlli olub
02.09.2024 - 12:56
Stend atıcılığı üzrə Bakı birinciliyinin qalibləri bəlli olub

Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində stend atıcılığı idman növü üzrə Bakı birinciliyi keçirilib.

Apasport.az xəbər verir ki, fərqli idman klublarını təmsil edən 40-dan çox gənc idmançı stend atıcılığının dairəvi stend və səngər stendi növləri üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparıblar.

Üç gün davam edən turnirdən sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.

Dairəvi stend atıcılığı üzrə qızlar arasında keçirilən yarışın qalibləri:

1. Daniyella Ulanova

2. Cəmilə Paşayeva

3. Minayə Novruzova

Oğlanlar arasında keçirilən yarışın qalibləri:

1. Məhəmməd Teyyublu

2. Aslan Qurbanov

3. Hüseyn Mahmudov

Stend atıcılığı idman növü üzrə “Bakı Birinciliyi 2024” səngər stendi üzrə qızlar arasında keçirilən yarışın qalibləri:

1. Aylin Quliyeva

2. Nərmin Cəfərova

3. Nərmin Bədəlli

Oğlanlar arasında keçirilən yarışın qalibləri:

1. Mürtəza Novruzlu

2. Mirzə Meybullayev

3. Kamil Mədətov

Dairəvi stend qarışıq komanda yarışının qalibləri:

1. Daniyella Ulanova və Eldar Əjdərov

2. Cəmilə Paşayeva və Murad Allahverdiyev

3. Məhəmməd Teyyublu və Minayə Novruzova

Səngər stendi qarışıq komanda yarışının qalibləri:

1. Nərmin Bədəlli və Mirzə Meybullayev

2. Cəlal Məmmədov və Nərmin Cəfərova

3. Mürtəza Novruzlu və Həqiqət Cəfərova

0