"Sumqayıt" "Neftçi" ilə oyunda azarkeşlərin təhqiramiz şüarlarına görə ziyana düşüb
12.12.2024 - 13:26
"Sumqayıt" "Neftçi" ilə oyunda azarkeşlərin təhqiramiz şüarlarına görə ziyana düşüb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

7 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir (maddə 37);

7 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 43.7);

7 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 1500 manat cərimə edilir (maddə 52.2);

8 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Kəpəz” – “Zirə” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 73.1);

8 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilir (maddə 37);

8 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sumqayıt” klubu 500 manat cərimə edilir (maddə 43.7);

9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” – “Zirə-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir (maddə 37);

9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);

9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” – “Zirə-2” oyunu bitdikdən sonra “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Zirə-2” komandası 300 manat cərimə edilir (maddə 43.3);

9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olduğuna görə  “Sumqayıt-2” komandasına texniki məğlubiyyət verilir (hesab 0:3 saxlanılır), “Sumqayıt-2” komandası 400 manat cərimə edilir (maddə 61.6);

7 dekabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Araz Naxçıvan PFK –Kəpəz PFK oyununda Kəpəz PFK komandasının heyətində N9 futbolçu Sənan Əliyev qarşılaşmanın 86-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

7 dekabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Araz Naxçıvan PFK –Kəpəz PFK oyununda Araz Naxçıvan PFK komandasının heyətində N68 futbolçu Adıgözəl Əkbərov qarşılaşmanın 90+2-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

7 dekabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Universal Football Academy–Sumqayıt FK oyununda Universal Football Academy komandasının heyətində N6 futbolçu Tural Baxşızadə qarşılaşmanın 63-cü dəqiqəsində hakimin icazəsi olmadan meydana daxil olduğuna görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

8 dekabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Zirə PFK –Dinamo(Bakı) oyununda Zirə PFK komandasının heyətində N99 futbolçu İbrahim Babayev qarşılaşmanın 79-cu dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

5 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Sabah FK –Qarabağ FK oyununda Qarabağ FK komandasının baş məşqçisi Rəşad Sadiqov qarşılaşmanın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)

5 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən European Football Academy –Turan Tovuz FK oyununda European Football Academy komandasının heyətində N77 futbolçu Süleyman Şiriyev qarşılaşmanın 13-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

8 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Qarabağ FK–Qəbələ İK oyununda Qarabağ FK komandasının heyətində N19 futbolçu Tunar Hüseynov qarşılaşmanın 88-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

7 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən European Football Academy–Asta FK oyununda European Football Academy komandasının heyətində N17 futbolçu Yunus Həsənov qarşılaşmanın 88-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

8 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Səbail PFK–Turan Tovuz FK oyununda Turan Tovuz FK komandasının heyətində adı protokolda qeyd edilməyən 2 nömrəli futbolçu iştirak etdiyinə görə Turan Tovuz FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.6).

7 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Qəbələ İK –Zaqatala PFK oyununda Zaqatala PFK komandasının heyətində N13 futbolçu Abakar Musayev qarşılaşmanın 73-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

7 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Xudat City –Məhəllə uşaqları oyununda Xudat City komandasının baş məşqçisi Rizvan Osmanov qarşılaşmanın 25-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.4)

8 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Caspian FK–Metak FK oyununda Metak FK komandasının məşqçisi Zahid Tayıbov qarşılaşmanın 65-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)

1 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Zaqatala PFK–Kürmük(Qax) oyununda Zaqatala PFK komandasının baş məşqçisi Nəsib Əliyev qarşılaşmanın 50-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)

7 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən UGİM(Siyəzən)–Şirvanovka FK oyununda UGİM(Siyəzən) komandasının heyətində N5 futbolçu Elgün Abdullayev qarşılaşmanın  47-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

7 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən UGİM(Siyəzən)–Şirvanovka FK oyununda Şirvanovka FK komandasının baş məşqçisi Habil Nurəhmədov qarşılaşmanın 51-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)

7 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Gənclik FK–Şəfa FK oyununda Şəfa FK komandasının heyətində N4 futbolçu Nahid Hacıyev qarşılaşmanın  32-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

8 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Liman UFK–Binə FK oyunu bitdikdən sonra Liman UFK komandasının məşqçisi Fərid Rəhimov hakimi qərarına sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 42.4)

8 dekabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilən Muğan PFK–Ahmedoğlu FK oyununda Ahmedoğlu FK komandasının məşqçisi Bəxtiyar Salmanov qarşılaşmanın 42-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)

8 dekabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilən AF Group Academy–Təhsil 8 İOEUGİM oyununda Təhsil 8 İOEUGİM komandasının məşqçisi Asiman Yusubov qarşılaşmanın 13-cü dəqiqəsində hakimi qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 42.3)

7 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında baş tutmuş Araz(Saatlı)-Mil(Beyləqan) oyunu bitdikdən sonra Araz(Saatlı) komandasının baş məşqçi köməkçisi Zəkəray Atakişiyev hakimə kəskin şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 42.3)

0