“Sumqayıt” “Turan Tovuz”a qalib gəldi - YENİLƏNİB
30.01.2023 - 20:01
“Sumqayıt” “Turan Tovuz”a qalib gəldi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XX tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə qarşılaşması Sumqayıtda keçirilib. Autsayderlər sırasında yer alan şəhərin eyniadlı təmsilçisi Premyer Liqanın debütantı “Turan Tovuz”u qəbul edib.

Oyun "Sumqayıt"ın qələbəsi ilə başa çatıb. Hesabda geri düşən “Turan Tovuz” status-kvonu bərpa etsə də, yekunda məğlubiyyətə üzülüb. 

Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.

Misli Premyer Liqası
XX tur
30 yanvar (bazar ertəsi)
18:00. “Sumqayıt” – “Turan Tovuz” - 2:1
Qollar: 
Todor Todoroski, 28, Karim Abubakar, 49 - Runi Eva, 39
Baş hakim: Rauf Allahverdiyev
“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə
Baş məşqçi: Samir Abasov
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Kapital Bank Arena”

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

19

17

2

0

51-10

53

2

Sabah

19

14

4

1

42-13

46

3

Neftçi

19

12

2

5

35-21

38

4

Zirə

19

9

4

6

23-25

31

5

Qəbələ

19

7

5

7

22-20

26

6

Turan Tovuz

20

4

5

11

14-27

17

7

Şamaxı

19

3

7

9

16-29

16

8

Sumqayıt

20

3

6

11

13-34

15

9

Kəpəz

19

2

7

10

18-37

13

10

Səbail

19

2

4

13

14-32

10

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 15 qol, Musa Qurbanlı ("Qarabağ") - 13 qol, Emin Mahmudov ("Neftçi"), Coy Lens Mikels ("Sabah") - 10 qol, Aleksey Kaşuk ("Sabah") - 9 qol

0