Sumqayıtda matç başladığı kimi bitdi - YENİLƏNİB
26.11.2023 - 19:56
Sumqayıtda matç başladığı kimi bitdi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasının XIV turu çərçivəsində daha 2 görüş baş tutub. 

Apasport.az xəbər verir ki, günün son matçında "Zirə" Sumqayıtda şəhərin eyniadlı komandası ilə üz-üzə gəlib. 

Görüş elə başladığı kimi də bitib: 0:0

Yeni stadionlarının istifadəyə verilməsini səbirsizliklə gözləyən sumqayıtlılar bugünkü oyunda da komandalarına Kapital Bank Arenada dəstək olublar. 


“Sumqayıt”– “Zirə” 0-0 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”, 18:00

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 18. Kristian Velinovski

Məşqçi: Mübariz Orucov

 

Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila

Baş məşqçi: Rəşad Sadıqov

0