
Dövrələrarası fasilədə heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” Futbol Klubu daha bir futbolçunun keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda son olaraq İsrailin “Bney Yehuda” klubunda çıxış edən qanalı hücumçu Kərim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb. 27 yaşlı hücumçu “Sumqayıt” FK-nın heyətində “9” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Karim Abubakar karyerası ərzində “Medeama” (Qana), “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Alqesiras”, “Yeklano Deportivo” (hamısı İspaniya), “Hapoel Akre” (İsrail) kimi klubların uğurları üçün çalışıb.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”