“Sumqayıt”da yubiley
11.12.2023 - 10:26
“Sumqayıt”da yubiley

“Sumqayıt”ın futbolçusu Murad Xaçayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 

Apasport.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XVI turuna təsadüf edib.

25 yaşlı müdafiəçi “Qarabağ”la ev görüşündə şans qazanıb. 100 oyunda 6 qol vuran Xaçayev yalnız “Sumqayıt”da forma geyinib.

Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Murad 2018-ci il avqustun 18-də “Neftçi” ilə ev matçında (0:2) meydana çıxıb.

Qeyd edək ki, “Sumqayıt” bu oyunda 1:6 hesabı ilə uduzub.
 

0