"Sumqayıt”ın iki futbolçusu cari mövsüm əvəz edilmədən meydanda olublar
27.12.2024 - 17:58
Mehdi Cənnətov və Murad Xaçayev "Sumqayıt”ın heyətində Misli Premyer Liqasının ilk iki dövrəsində əvəz edilmədən meydanda olublar.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, M.Cənnətov qış fasiləsinə qədər meydana çıxdığı 18 qarşılaşmanın 5-də qapısını toxunulmaz saxlamağı bacarıb.
M.Xaçayev isə cari mövsüm keçirdiyi 18 matçda əvəz olunmamaqla yanaşı, Misli Premyer Liqasında ardıcıl 64 oyunda 90 dəqiqə meydanda qalıb.
Bu qarşılaşmaların 10-u 2022/2023 mövsümünə, 36-sı isə ötən mövsümə təsadüf edir.
- "Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
- "Neftçi"dən qapıçı qərarı: MÜQAVİLƏ İMZALANACAQ
- "Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırıb - rəsmi
- Azərbaycan Kubokunun finalı: "Sabah" və "Zirə" 31-ci dəfə üz-üzə gələcək
- "Bakı-Xankəndi" velosiped yarışının 3-cü mərhələsi start götürdü
0
0