Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına son hazırlıqlarla bağlı Təşkilat Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, iclasda Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Təşkilat Komitəsinin sədri Kəmaləddin Heydərov çıxış edərək, dünya çempionatının Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu ifadə edib.
Daha sonra qarşıda duran məsələlər, yarış çərçivəsində baş tutacaq tədbirlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq və paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək