Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya birinciliyinə yollanıb.
Apasport.az saytının məlumatına görə, yığma mundialda 10 oğlan, 7 qız idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Elnur Amanov yarışda Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq), Nihad Həsənov (+65 kq), Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq) və Fatimə Həsənovaya (51 kq) şans verəcək.
İyulun 28-də start götürəcək dünya birinciliyi 4 gün davam edəcək. Yarışlar “Armeec” İdman Arenasında keçiriləcək.
Mundialda beynəlxalq dərəcəli referi Aygül Abdullayeva ədaləti qoruyacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib