Zaqrebdə taekvondo üzrə açıq Xorvatiya çempionatı keçirilib.
Apasport.az saytının məlumatına görə, beynəlxalq turnirdə mübarizə aparan Azərbaycan milli komandası yarışda uğurlu nəticəyə imza atıb.
Yeniyetmələrdən ibarət yığmamız 7 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. Baş məşqçi Elnur Amanovun komandasında Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Vüqar Aslanov (45 kq), Tamerlan Yaqubov (49 kq) və Vasif Səlimov (53 kq) yarışın qalibi olublar. Səfər Behbudzadə (33 kq), Abdülsübhan Dadaşlı (57 kq) və Rahil Umudov (61 kq) yalnız finalda məğlub olaraq, gümüş mükafata yiyələniblər. Yeniyetmə taekvondoçularımızdan Şəms Əlizadə (47 kq), Yunis Hüseynov (61 kq), Elcan Əlizadə (65 kq) və Nihad Həsənov (+65 kq) bürünc medalla kifayətləniblər.
Bu nəticə ilə millimiz həm oğlanların, həm də qızların çəkisində birinci olublar.
Gənclərdən ibarət yığmamız isə turniri 7 medalla başa vurub. Baş məşqçi Məmməd Abdullayevin rəhbərlik etdiyi komandada ən yaxşı nəticəni 42 kq çəki dərəcəsində mübarizə aparan Zemfira Həsənzadə göstərib. O, yarışın gümüş medalına sahib çıxıb. Digər gənc idmançılarımızdan Pünhan Mürsəlov (48 kq), Adil Eyvazov (51 kq), Erkan İşli və Fərid Əliyev (hər ikisi 59 kq), Nizami Hacıyev (63 kq) və Səlimə Quliyeva (44 kq) turniri bürünc mükafatla başa vurublar.
Qeyd edək ki, yığma komandalarımız yarışa Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə yollanıb.
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək