Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı - FOTOLENT
30.09.2022 - 15:49
Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı - FOTOLENT

Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına yekun vurulub. 

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın sonuncu günü Azərbaycan yığması daha bir medal qazanıb. 

Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun çalışdırdığı komandanın heyətində Cavad Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb. 1/16 finalda Pablo Patinonu (İspaniya) 2:1 hesabı ilə məğlub edən taekvondoçumuz ardıcıl olaraq Aleksios Bouqas (Yunanıstan), Furkan Korpe (Türkiyə) və Con Porxa (Almaniya) 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib. 

Ağayev həlledici döyüşdə də türkiyəli idmançı ilə qarşılaşıb. Arslan Dəmirlə görüş gərgin alınıb. Rəqib 2:1 hesabı ilə qələbə qazandığından Cavad gümüş medala sahib olub. 

Bununla da, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi millinin Avropa çempionatında qazandığı mükafatların sayı 3-ə çatıb. Ağayevdən öncə Səyyad Dadaşov (54 kq) qızıl, Eltac Qafarov (74 kq) bürünc medala yiyələnib. Nəticədə kişilərdən ibarət yığmamız bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub. 

Qeyd edək ki, yığma Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatında da qüvvəsini sınayacaq.
 

0