Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, mundialın altıncı günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
74 kq çəkidə qüvvəsini sınayan Eltac Qafarov 1/16 finalda Vasilliy Peruniçiçlə (Monteneqro) üz-üzə gəlib. Döyüş taekvondoçumuzun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/8 finalda norveçli Sebastian Tune ilə döyüşüb. Görüş Qafarovun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finalda xorvatiyalı Marko Qolubiçlə münasibətinə aytınlıq gətirib. Taekvondoçumuz dünya çempionuna 1:2 hesabı ilə məğlub olaraq, mundialla vidalaşıb.
62 kq-da qüvvəsini sınayan Fatimə Məcidova da mundailda debüt görüşünə 1/16 finaldan başlayıb. İtaliyalı Kristina Kaspa ilə döyüşən təmsilçimiz məğlubiyyətə üzülüb.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək