Taekvondoçumuz mübarizəni dayandırdı - YENİLƏNİB
04.06.2023 - 15:14
Taekvondoçumuz mübarizəni dayandırdı - YENİLƏNİB

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında son günün döyüşləri keçirilir. 

Apasport.az saytının məlumatına görə, mundailda bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.  

Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkib. Bədriəliabadi 2:1 hesabı ilə qalib gəlib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Emre Ateşli ilə mübarizə aparıb. Rəqib 2:1 hesabı ilə qalib gəldiyindən Bədriəliabadi mundialla vidalaşıb.   

Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışda çıxışını başa vurub. 

Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb. Yarış bu gün başa çatacaq


 

0