Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Apasport.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan yığma üzvü bu uğura Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasında imza atıb.
Yarışın təsnifat mərhələsinin qalibi olan Maqomedov bu dəfə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaşım 1/4 finalda Qran-prinin son iranlı qalibini məğlub edərək yarımfinala yüksəlib. O, bu dəfə Bakıda dünya çempionatında uduzduğu çinliyə qalib gəlib. Taekvondoçumuz finalda son dünya çempionunu da məğlub edərək həm qızıl medala yiyələnib, həm də Olimpiadaya lisenziyaya sahib olub.
Qeyd edək ki, bu, yığmamızın Paris-2024 Yay Olimpiya Oyunlarına ilk vəsiqəsidir.
- "Qarabağ" - "Malmö" matçına 24 min bilet satılıb
- Millimiz Estoniyanı Bakıda yox, bu şəhərdə qəbul edəcək - ÖZƏL
- Vüsal İsgəndərli: "İlk hədəfim milli komandadır" - Müsahibə
- Samir Musayev: “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını qabaqlayır"
- "Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama