Tarik Elyunissi: “Qarabağ”da oynadığım üçün xoşbəxtəm" - Müsahibə
19.04.2024 - 16:18
Tarik Elyunissi: “Qarabağ”da oynadığım üçün xoşbəxtəm" - Müsahibə

“Qarabağ”ın sabiq futbolçusu, aktiv futbolçu karyerasını başa vuran, Norveç millisinin keçmiş üzvü Tarik Elyunissi apasport.az saytına müsahibə verib. Son olaraq Yaponiyanın "Senan Belmare" klubunda oynamış Tarik AİK, "Olimpiakos", "Hoffenhaym", "Rosenborq", "Herenven" komandalarının da üzvü olub. Ağdam klubunda 2017/2018 mövsümündə forma geyinmiş norveçli həmin dövrü də xatırlayıb.

- Aktiv futbolçu karyeranızı başa vurduğunuzu sosial şəbəkə vasitəsilə məlumat verdiniz...
- Bəli, doğrudur. Karyeramı başa vurmaq qərarını verdim. Əslində, təkliflərim az deyildi. Amma belə qərar verdim. Futbolçu karyeramı başa vursam da, yenə də futbolda olacam.

- Maraqlıdır ki, sosial şəbəkə paylaşımınızda oynadığınız bütün klubları qeyd etdiniz, həmçinin “Qarabağ”ın adını...
- Əlbəttə, belə də olmalıdır. Axı, mən “Qarabağ”da da oynamışam. “Qarabağ”dakı karyeramdan da razıyam.

- “Qarabağ”dakı karyeranı necə xatırlayacaqsan?
- Hər zaman yaxşı xatırlayacam. “Olimpiakos”da oynadığım vaxtı “Qarabağ”dan icarədə oynamaq təklifi gəldi. “Qarabağ” da Çempionlar Liqasının qrup mərhələsində oynayacaqdı. Razılaşdıq və “Qarabağ”da oynamağa gəldim. Ümumilikdə, karyeramdan razıyam. Azərbaycanda yollandığım, “Qarabağ”da oynadığım üçün xoşbəxtəm.

- Bundan sonra futbolda fəaliyyətiniz nədən ibarət olacaq?
- Artıq özüm üçün bunu müəyyənləşdirmişəm. Futbol agenti kimi çalışacam. Çünki futbolun içində olmaq istəyirəm.

- “Qarabağ”dan ayrılsan da, bu komandanın çıxışını izləyirdin?
- Əlbəttə. Mən oynadığım bütün komandaları izləyirdim. Həmçinin də, “Qarabağ”ı. Bu mövsüm avrokuboklarda çox yaxşı çıxış etdilər.

- Hətta “Bayer” səddini də keçməyə yaxın idilər, amma son dəqiqələrdə buraxılan qollar bunun reallaşmasına imkan vermədi...
- Nəticəyə baxmaraq, “Qarabağ” “Bayer”ə qarşı iki əla oyun keçirdi. “Qarabağ” Bakıda da qələbəyə yaxın idi. Leverkuzendə də qələbədən onları saniyələr ayırdı. Təəssüf ki, sonda belə oldu. Amma “Qarabağ” Almaniyada da əla oyun nümayiş etdirdi. Məncə, indi əksər klublar “Qarabağ”a böyük hörmətlə yanaşır. Onlar bunu öz güclərinə etdilər. “Qarabağ”a gələcək matçlarda da uğurlar arzulayıram.

0