Tedesko Belçika millisi ilə yeni müqavilə imzalayır
14.03.2024 - 14:04
Tedesko Belçika millisi ilə yeni müqavilə imzalayır

Belçika Futbol Federasiyası millinin baş məşqçisi Domeniko Tedesko ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat verib.

Tərəflər arasında 2026-cı ilə qədər qüvvədə olan müqavilə imzalanıb.

Xatırladaq ki, 38 yaşlı almaniyalı 2023-cü ilin fevralından “qırmızı şeytanlar”ın baş məşqçisidir.

Belçika millisi mart ayında iki yoldaşlıq oyunu keçirəcək. Tedeskonun komandası əvvəlcə İrlandiya millisi, daha sonra isə İngiltərə ilə qarşılaşacaq. 

0