Təmsilçimiz Astanada bürünc medal qazanıb
11.09.2024 - 16:33
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb.
Apasport.az xəbər verir ki, buna alış yarışında Şəhanə Alməmmədova (75 kiloqram) nail olub. İdmançı bürünc medala yiyələnib.
Daha əvvəl qazaq güləşi yarışlarında Eyvaz Baxşıyev (65 kiloqram) gümüş, Elşən Dünyamalıyev (55 kiloqram) və Ülviyyə Bayramova (52 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0