Misli Premyer Liqasının V turu mövsümün ilk het-triki ilə əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Toral Bayramov “Araz-Naxçıvan”la səfər oyununda üç qola imza atıb.
Bu, Toralın Premyer Liqada ilk het-trikidir. O, 1992-ci ildən keçirilən turnirin tarixində bir oyunda 3 qol vuran 108-ci futbolçu olub. Əvvəlki 33 mövsümdə 107 oyunçu 3 qollu matç keçirib.
Onun ikinci qolu Premyer Liqada 20-ci topu olub. Ölkə çempionatında 129-cu matçını keçirən Toral ümumilikdə 21 dəfə rəqib qapılarına yol tapıb.
İki dəfə penaltidən fərqlənən yarımmüdafiəçi Premyer Liqada 11 metrlik nöqtədən vurduğu zərbələrin ümumi sayını 10-a çatdırıb. O, bu imkanlardan 9-da dəqiq olub.
Qeyd edək ki, “Qarabağ” “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəlib.
- II Liqa: V tura yekun vurulub
- Canni İnfantino U-15 Dünya Çempionatına hazırlıq işlərinin gedişi ilə tanış olub - FOTOLAR
- “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı – VIII turun cədvəli
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR