Tovuzda matç sabaha qaldı... - YENİLƏNİB
23.12.2023 - 18:18
Tovuzda matç sabaha qaldı... - YENİLƏNİB

Bu gün Premyer Liqada ikinci dövrənin son turunun 2-ci oyun günüdür.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması Tovuz şəhər stadionunda oynanılıb.

Belə ki, "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib. Bu, adıçəkilən komandaların Tovuzda ilk matçı olub.

Ayxan Abbasovun yetirmələri matça sürətli başlayaraq ilk hissədə 2 qol vurmağı bacarıb. İkinci hissə Azər Bağırovun komandası hesab arasındakı fərqi azaltsa da, matç Tovuz təmsilçisinin üstünlüyü ilə davam edib. 81-ci dəqiqədə isə stadionu işıqlandrıcı qurğunun küləyin təsiri ilə aşdığına görə matç təxirə salınıb. Qeyd olunub ki,  sabah 12:00-da oyun qaldığı yerdən davam edəcək. 

Xatırladaq ki, XVIII tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

23 dekabr (şənbə)

16:00. "Turan Tovuz" – "Araz-Naxçıvan" 2:1

Qol: X. Nəcəfov, 5, Bruno, 16, Azzoui, 58
Hakimlər
: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz. Şəhər stadionu

"Turan Tovuz": 85. Kamal Bayramov (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con

 

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov

Baş məşqçi: Ayxan Abbasov

 

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 42. Kadiri Mohammed

Baş məşqçi: Azər Bağırov

İlk dövrədəki matç - 3:0

0