"Turan" Albaniya klubuna qarşı - YENİLƏNİR
02.08.2025 - 09:56

Təlim məşq toplanışını Türkiyədə keçirən "Turan Tovuz" bu gün növbəti yoxlama matçına çıxacaq.
Apasport.az xəbər verir ki, təmsilçimiz Albaniyanın "Flamurtari" klubuyla qarşı-qarşıya gələcək.
Oyun Bakı vaxtilə 18:00-da start götürəcək.
Xatırladaq ki, qərb təmsilçisi buna qədər "Keçiörengücü" və "Çorum"la hazırlıq matçları çərçivəsində üz-üzə gəlib. Hər iki görüş bərabərliklə nəticələnib (0:0, 1:1).
Qeyd edək ki, Kurban Berdıyevin yetirmələri avqustun 5-ində Mərakeşin "Vidad" komandası ilə qarşılaşacaq.
Yoxlama matçı
18:00
Turan Tovuz (Azərbaycan) - Flamurtari (Albaniya)
0
0