Boksçumuz beynəlxalq turnirdə finala çıxıb
02.08.2025 - 11:59
Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında "Brandenburq Kuboku"nda yarımfinal mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kq) rinqə çıxıb.
O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (29:28, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub edib.
Sübhan Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar
0
0