Millimizin Çexiya ilə səfər oyununun yeri bəlli olub
01.08.2025 - 21:54
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə keçirəcəyi səfər oyununun yeri və başlama vaxtı müəyyənləşib.
Apasport.az xəbər verir ki, B qrupunun III turu çərçivəsində oktyabrın 10-da Karvina şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, U-21 seçmə mərhələnin ilk iki turu çərçivəsində sentyabrın 5-də Barselos şəhər stadionunda Portuqaliya yığması ilə, sentyabrın 9-da isə “Dalğa Arena”da Bolqarıstan seçməsi ilə qarşılaşacaq.
- "Qarabağ" "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib
- Bakı metropolitenində "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı
- Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"
- Azərbaycan derbisinə doğru: Qollar
- "Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb
0
0