
"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, Tovuz təmsilçisi iyulun 1-də "Hünər" təlim-məşq bazasında çalışmalara start verəcək.
Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 6-da Türkiyəyə yola düşəcək.
Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq kollektiv iyulun 19-dək məşqlərini burada davam etdirəcək. Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq komanda Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq.
Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri hələlik məlum deyil.
- Emil Mustafayev: "Rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam"
- Felipe Santos: “Omoniya” ilə görüşdə sona qədər mübarizə aparacağıq"
- Premyer Liqanın açılış matçını idarə edəcək hakim müəyyənləşib
- "Sumqayıt" yeni transferini açıqladı - PREMYER LİQA KLUBUNA İCARƏYƏ VERDİ
- "Şəfa"nın hazırlıq planı bəlli olub