“Turan Tovuz”un hazırlıq planı bəlli olub
25.12.2025 - 18:12
“Turan Tovuz” klubunun qış hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, komanda yanvarın 4-də Türkiyəyə yola düşəcək.
Klub Antalyanın Belek bölgəsində yerləşən “IC Santai Belek” otelində məskunlaşacaq.
“Turan Tovuz”un Türkiyə toplanışı yanvarın 18-dək davam edəcək.
Baş məşqçi Kurban Berdıyev hazırlıq prosesi çərçivəsində komandanı iki yoxlama oyununda sınaqdan keçirəcək.
Qeyd edək ki, “Turan Tovuz” mövsümün ilk dövrəsini 27 xalla turnir cədvəlinin 4-cü pilləsində başa vurub.
0
0