Yeni məşqçi “Neftçi” ilə məşqə çıxdı: TƏYİNATI AÇIQLANACAQ
25.12.2025 - 18:53
Misli Premyer Liqası təmsilçilərindən “Neftçi”də daha bir təyinat baş verib.
Apasport.az saytının etibarlı mənbədən əldə etdiyi məlumata görə, Yuri Vernidubun köməkçilərindən daha biri müəyyənləşib.
Son olaraq “Səbail”i çalışdıran Cavid Hüseynov bu posta təyin olunub. O, artıq klubda fəaliyyətə başlayıb.
Hətta Hüseynov komanda ilə məşqə də çıxıb. Təyinatın yaxın günlərdə ictimaiyyətə açıqlanması gözlənilir.
Qeyd edək ki, mütəxəssis daha öncə “Turan Tovuz”da bu vəzifəni icra edib.
- Ramalinqom üçün yeni təklif: QOL SİLAHININ TALEYİ MÜƏYYƏNLƏŞİR
- Salifu Suma Azərbaycana qayıdır? - PREMYER LİQADA HƏRARƏT YÜKSƏLİR
- Millimizin baş məşqçisi: "Komandanın göstərdiyi performansdan razıyam"
- "Sabah"ın yeni transferi niyə meydana çıxmadı? - ZƏDƏSİ VAR...
- "Turan Tovuz" itirdiyi mövqeyə qayıtmaq arzusunda - YENİLƏNİR
1
0