"Turan Tovuz"un Rumıniya klubu ilə yoxlama oyunu ləğv edilib
09.01.2026 - 13:15
"Turan Tovuz"un Rumıniya klubu ilə yoxlama oyunu ləğv edilib

"Turan Tovuz" klubunun Rumıniya təmsilçisi "Hermanştadt"la yoxlama oyunu ləğv edilib.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.

Bildirilib ki, bu, tərəflərin qarşılıqlı razılığı əsasında olub.

Qeyd edək ki, matç yanvarın 10-da keçirilməli idi.