Türkiyə millisinin sabiq futbolçusu Ersen Martin 44 yaşında dünyasını dəyişib.
Apasport.az xəbər verir ki, aorta yırtığı səbəbindən əməliyyat olunan Ersen Martin uzun müddət idi ki, müalicə alırdı. Martin martın 10-da intubasiya edilib.
Futbolçu karyerasında "Beşiktaş" və "Trabzonspor" da daxil olmaqla bir çox komandada forma geyinən Ersen Martin 4 dəfə millinin formasını geyinib.
O, klub karyerası ərzində 371 rəsmi oyuna çıxıb, 101 qol vurub və 27 məhsuldar ötürmə verib.
2004-cü ildə ilk dəfə milli komanda ilə matça çıxan Ersen 4 oyunda milli formanı geyinsə də, qol sevinci yaşaya bilməyib.
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib