Azərbaycanın 1 taekvondoçusu və 2 atleti dopinqə görə cəzalandırılıb.
Apasport.az xəbər verir ki, taekvondoçumuz Səidə Əliyeva, ağırlıqqaldıran Günel Vəliyeva və pauerliftinqçi Rövşən Xəlilov diskvalifikasiya olunublar.
Hər üç idmançının nümunələrində qadağan edilmiş maddələr aşkarlanıb. S.Əliyevada “furosemid”, G.Vəliyevada “methyltrienolon”, R.Xəlilovda isə “metandienone” aşkarlanıb.
S.Əliyeva yarışlardan 2, digər idmançılar isə 4 il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiyanın başlama tarixi bu il fevralın 16-sı göstərilib.
Dörd illik cəzalandırılan G.Vəliyeva ilə bağlı sanksiyanın 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib. Pauerliftinqçi R.Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub