UEFA A kursu keçirilib - FOTO
02.06.2025 - 18:36

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.
Apasport.az xəbər verir ki, iki gün çəkən məşğələlərə təlimatçı Faiq Əzizov rəhbərlik edib.
Tədbirin ilk günündə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və təhsil şöbəsinin rəhbəri Aslan Kərimov da iştirak ediblər.
Qeyd edək ki, kurs fasilələrlə 1 il dəvam edəcək.
0
0