UEFA İcraiyyə Komitəsinin üzvü: "Azərbaycan futbolu üçün investisiya yatıracağıq"
02.04.2024 - 11:08
UEFA İcraiyyə Komitəsinin üzvü: "Azərbaycan futbolu üçün investisiya yatıracağıq"

"Azərbaycan futbolu son illərdə inkişaf edir".

Apasport.az xəbər verir ki,  bu sözləri UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımçı AFFA-nın bu gün keçirilən konfrasında çıxışı zamanı bildirib. 

Servet Yardımçı öncə tədbir iştirakçılarını salamlayıb, daha sonra isə AFFA-nın keçmiş rəhbərliyinə təşəkkür edib: “Hamınızı salamlayıram. Fürsətdən istifadə edərək, UEFA-dan, xüsusən də, Aleksandr Çeferin, UEFA-da çalışan İcraiyyə Komitəsinin adından, baş katibin salamlarını sizə çatdırıram.

UEFA adından 16 il AFFA-ya rəhbərlik etdiyi üçün Rövnəq Abdullayevə təşəkkür edirəm. 16 il ərzində çoxlu enişli-yoxuşlu yollardan keçib. Buna baxmayaraq, AFFA-nın Avropa və dünya futbol cəmiyyətinə yeni simada çatdırıb. Verdiyiniz töhfə üçün minnətdaram". 

UEFA İcraiyyə Komitəsinin üzvü yeni strategiya üçün Avropa futbol qurumunun AFFA-ya lazımi dəstəyi göstərəcəyini bildirib: "Yeni tsikldə yeni füstətlər yaranacaq. Azərbaycan futbolu üçün də investisiya yatıracağıq. Futbol idmandan çox məna ifadə edir. Ümumi bəşəri dildə danışan dəyərə çevrilib. Futbol bəşəriyyəti birləşdirir. 

Konfrans olduğunu bildim və özüm bura gəlmək istədim. Rövnəq Abdullayev və Elxan Məmmədovla hər zaman dayanışma ilə birlikdə çalışdıq, bir millət iki dövlət kimi yanaşdıq. Ona görə də, bura gəlmək istədik. Rövnəq Abdullayev və dostlarına Azərbaycan futboluna verdiyi dəstək üçün təşəkkür edirəm. Rövşən Nəcəf bəyi də təbrik edir, uğurlar arzulayıram. Onun Azərbaycan futbolunu daha da irəli daşıyacağına şübhəm yoxdur. Azərbaycan futbolu son illərdə inkişafda idi. “Qarabağ” Avropada böyük işlər gördü. Uduzsa belə, Avropanın ən uğurlu komandasına məğlub oldu.”Qarabağ”ı təbrik edirəm. Təcrübə qazandıqca, uğurların davamı gələcək. Rövşən Nəcəfə isə UEFA hər zaman yardım edib, yol göstərəcək. Uğurlar arzu edirəm”.

0