
Niderland millisinin kapitanı Vircil Van Deyk "Liverpul"da qalacaq.
Apasport.az “Sky Sports”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi təcrübəli müdafiəçiyə yeni müqavilə təklif edib.
Tərəflər arasında ilkin razılıq əldə olunub.
Niderlandlının “Liverpul”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 33 yaşlı futbolçu 2018-ci ildən hazırkı komandasının formasını geyinir.
Van Deyk məsələ haqda bu cür danışıb: "Mən "Liverpul"un rənglərinə sadiqəm, bu klubu və azarkeşləri sevirəm. Hələlik konkret bir şey deyə bilmərəm, amma ortaq məxrəcə gəlməyimiz mümkündür".
33 yaşlı futbolçu “Qroningen”, “Seltik” və “Southempton”da oynayıb.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”