FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina dünya çempionatında tətbiq edilən VAR sistemini dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, sabiq referi bunun hakimlərə böyük köməyi olduğunu düşünür.
Kollina bildirib ki, VAR-ın vasitəsilə haqsız qərarların qarşısı alınıb: “VAR ideal deyil. Ancaq qərarların 99,3%-i doğrudu. Bu da ideala yaxın deməkdi. Bizi daha çox videotəkrarlardan istifadə zamanı itirilən vaxt narahat edirdi. Lakin 2014-cü ildəki dünya çempionatı ilə müqayisədə builki mundialda topun oyunda qaldığı müddət daha çoxdu. Hakimlər əlavə vaxtı da düzgün təyin edirlər”.
Qeyd edək ki, DÇ-2018-də hələlik 24 penalti təyin olunub ki, bunun 7-si VAR-ın köməyi ilə göstərilib. 2 penalti qərarı isə videotəkrara baxdıqdan sonra ləğv edilib.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub