Misli Premyer Liqasının XVII turunun "Araz-Naxçıvan" - "Sabah" matçından (0:1) sonra qonaqların baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
"Nəticə daha çox heç-heçəyə oxşayırdı. Biz künc zərbəsindən qol vurduq. Ruh yüksəkliyi üçün çox vacib qələbə idi".
- "Sabah"a gəldikdən sonra nəyi dəyişmisiz ki, qələbələri sıralayırsız?
- Hələ ki, biz işə yanaşmanı dəyişmişik. Məşqlərdə intensivliyi dəyişmişik. Daha böyük işlərimiz qarşıdadır.
- Murad Musayev "Sabah"ı ziyarət etdi. Maraqlıdır, daha çox "Sabah"ı, yoxsa Rusiya futbolunu müzakirə etdiniz?
- Biz daha çox "Sabah"ı, "Krasnodar"ı müzakirə etdik. Məşq proseslərindən danışdıq. Azərbaycan və Rusiyada futbolçuların işə yanaşmasından danışdıq.
- Qış hazırlıq planı necədir?
- Biz burada qalacağıq. Yanvarın 4-də toplaşacağıq. Niderlandda işləmişəm və orada qısa vaxt hazırlıq dönəmi olurdu. İki həftə hazırlaşacağıq.