
"Bu gün azarkeşlər üçün çox maraqlı oyun alındı. Hər iki komanda qollar vurdu. Daha yaxşı oynayan tərəf biz idik. Amma əfsuslar olsun ki, qapımızda asan qollar gördük".
- Kubokun yarımfinal oyununu düşünərək dəyişikliklər etdiniz?
- Bəli. Bəzi oyunçularımızın kiçik zədələri var idi. Onlar komanda ilə bir-iki məşq etmişdilər. Düşünürəm ki, onlar kubok matçına hazır olacaqlar.
- "Sabah" çox heç-heçə edir. Bu sindromu qıra biləcəksiz?
- Səbəbini bilsəydim, deyərdim. Bu gün müdafiədə səhvlər etdik. Bunun nəticəsində qollar buraxdıq. Hər oyunun öz hekayəsi var. Müdafiədə daha yaxşı olmalıyıq.
- Çempionatda iddianızdan əl çəkdiz?
- Xeyr. 3-4-cü yerlər uğrunda hər oyunda mübarizə aparacağıq. Riyazi olaraq şansımız var.