Misli Premyer Liqasının XV turuna bu gün yekun vurulacaq.
Apasport.az xəbər verir ki, turun son matçı "Palms Sports Arena"da baş tutacaq.
"Neftçi" evdə "Sumqayıt"ı qəbul edəcək.
Yeni baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altında ilk matçına çıxacaq "ağ-qaralar"ın necə çıxış edəcəyi maraqla gözlənilir.
Digər tərəfdən son matçlarda ardıcıl qələbələr qazanan Saşa İliçin yetirmələri də Bakıdan əliboş qayıtmaq niyyətində deyillər.
Gənclik şəhərinin təmsilçisi bu gün qələbə qazanacağı təqdirdə turnir cədvəlində 3-cü pilləyə yüksələcək.
Qeyd edək ki, "Neftçi" 16 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb. "Sumqayıt" 26 xalla dördüncüdür.
Misli Premyer Liqası
II dövrə, XV tur
15 dekabr
19:00. "Neftçi" – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
"Palms Sports Arena"