Veşoviç "Qarabağ"ı vacib matçda yalnız buraxa bilər
13.12.2023 - 14:59
Veşoviç "Qarabağ"ı vacib matçda yalnız buraxa bilər

"Qarabağ"ın futbolçusu Marko Veşoviçin Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun "Hakken"lə görüşdə meydana çıxıb-çıxmayacağı hələ ki, tam dəqiqləşməyib.

Apasport.az saytına verilən məlumata görə, monteneqrolu futbolçu hazırda kollektivlə məşq edir.

Marko Premyer Liqanın 16-cı turunun "Sumqayıt"la (1:6) matçında zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi. Veşoviçin "Hakken"lə görüşdə meydana çıxıb-çıxmayacağı elə oyun günü dəqiqləşəcək.

Onun oynama ehtimalının 70 faiz olduğu bildirilir.

0