Xankəndidə “Qarabağ” qalib gəldi - FOTOLAR - YENİLƏNİB
21.12.2023 - 16:05
Xankəndidə “Qarabağ” qalib gəldi - FOTOLAR  - YENİLƏNİB

Azərbaycan kubokunda 1/8 final mərhələsinin son gününə start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçı tarixi hadisə ilə əlamətdar olub.

Müstəqil Azərbaycan tarixində ilk dəfə rəsmi oyun Xankəndi şəhər stadionunda baş tutub. İşğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilən matçda “Qarabağ” MOİK-i qəbul edib.

Ağdam klubu Nəriman Axundzadənin son saniyələrdəki qolu ilə qələbə qazanıb. “Qarabağ” 1/4 finalda “Sabah”la görüşəcək. Mərhələnin matçları 2024-cü ildə keçiriləcək.

Qeyd edək ki, bu gün 1/8 finalın daha bir oyunu təşkil olunacaq.

Azərbaycan kuboku
1/8 final
21 dekabr (cümə axşamı)
14:00. “Qarabağ” – MOİK - 1:0
Qol:
Nəriman Axundzadə, 90+5
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 19. Redon Cica
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 11. Adama Diakabi, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
MOİK: 1. Zeynal Əhmədzadə, 17. Sabir Allahquliyev, 6. İsa Zeynallı (k), 3. Nicat Əskərov, 4. Ülvi İbazadə, 97. Fərid Abbaslı, 77. Elmir Rəhimzadə, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 20. Nurlan Bayramov, 11. Elvin Valiiev
Ehtiyat oyunçular: 35. Məhəmməd Qurbanov, 12. Ayxan Qocayev, 44. Samir İbrahimov, 26. Elşən Veysov, 9. Cavidan Abbaszadə, 33. Raul Musayev, 66. Elçin Bayramov, 27. Nihad Ağayev, 38. Həsrət Mürsəlov, 30. Murad Musayev
Baş məşqçi: Qəzənfər Abbasov
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Xankəndi şəhər stadionu

0