Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında dördüncü gününün döyüşləri keçirilir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin idmançısı Xanoğlan Kərimov mundiala qələbə ilə başlayıb.
63 kq çəkidə mübarizə aparan təmsilçimiz debüt görüşündə Alfredo Martinslə (Portuqaliya) qarşılaşıb. 1/32 final mərhələsi çərçivəsində baş tutan döyüş Kərimovun asan qələbəsi ilə yekunlaşıb – 2:0.
Taekvondoçumuz 1/16 finalda Zakariya Muhammed Qali (Səudiyyə Ərəbistanı) ilə üz-üzə gəlib. O, rəqibini 2:1 hesabı ilə məğlub edib. Kərimov 1/8 finalda Tobias Hittellə (Danimarka) döyüşüb və rəqib mərhələ adlayıb.
Qeyd edək ki, bu gün həmçinin qadın taekvondoçular +73 kq çəkidə qüvvələrini sınayırlar. Dünya çempionatı iyunun 4-də başa çatacaq.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək