Qazaxıstanın professional “Astana” şose velokomandasının 18 yaşlı idmançısı beyninə qan sızması nəticəsində ölüb. Apasport.az saytının məlumatına görə, Erlan Pernebekov Ekvadorda keçirilən təlim zamanı vəfat edib.
İdmançı martın 14-də növbəti məşqdən sonra kəskin baş ağrısından şikayət etməyə başlayıb və axşama yaxın xəstəxanaya aparılıb. Həkimlər bildiriblər ki, gənc idmançının beynində damar partlayıb və bu da qansızmaya səbəb olub. Velosipedçi süni komaya salınsa da, bu ona kömək etməyib və Perenbekov vəfat edib.
Hələlik faciənin dəqiq səbəbləri bəlli deyil. Güman edildiyinə görə, idmançı həddən artıq fiziki yüklənməyə məruz qalması səbəbindən həyatını itirib.
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri