Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirə 39 idmançı ilə qatılan Azərbaycan millisinin qazancı 6 medal olub.
Belə ki, Hacıağa Hacıəhmədovun yetirmələrindən Orxan Səfərov (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vüqar Şirinli (60 kq) və Elxan Məmmədov (100 kq) finalda uduzduqları halda, Kifayət Qasımova (57 kq), Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (81 kq) bürünc medalla kifayətləniblər.
Beləliklə, “Böyük Dəbilqə”ni 1 qızıl, 2 gümüş və 3 bürünc mükafatla başa vuran millimiz komanda hesabında 41 ölkə arasında 4-cü yeri tutub. İlk 3 pillədə isə müvafiq olaraq, Fransa (3-2-2), Hollandiya (2-1-2) və Rusiya (1-2-5) yığmaları qərarlaşıblar.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"