Bu gün keçirilən “Tour d’Azerbaidjan-2014” veloyürüşünün IV mərhələsindən sonra ümumi hesabda liderlik dəyişib. Apasport.az saytının məlumatına görə, Uilyam Klark (“Drapak Professional Cycling”, Avstraliya) liderlik kürsüsündən salınıb.
Belə ki, bugünkü mərhələnin 2-cisi olmuş Rusiyanın “RusVelo” komandasının üzvü İlnur Zakarin lider olub və o, sabah yarışa göy köynəkdə çıxacaq. Eləcə də qırmızı köynəyin sahibi dəyişib. Bu gün qalib olan (“MTN Kubeka”, CAR) almaniyalı Linus Gerdemann dağ mərhələsinin lideri olmaqla Primoj Roqliçi (“Adria Mobil”, Sloveniya) taxtdan salıb.
Yeganə dəyişməyən köynək ağ-bənövşəyi olub. Ən yaxşı gənclərdə liderlik hələ də isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Shimano”) məxsusdur. Ən yaxşı sprinter isə dəyişib. Finişə bu gün 3-cü çatmış Vitali Buts (“Kolss Cycling Team”, Ukrayna) Matey Muqerlini (“Adria Mobil”, Sloveniya) qabaqlayaraq yaşıl köynəyə sahib çıxıb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"