Aprelin 9-dan 11-dək Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə qəsəbəsində atçılığın konkur növü üzrə “Bahar Kuboku” adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının xəbərinə görə, turnirə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və İrandan idmançılar dəvət olunub.
Ümumilikdə 25 idmançı və 50-dək atın iştirakı gözlənilən yarışda Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 53 min avrodu.
Yarışlar hər gün saat 12:00 da başlayır. Tamaşaçılar üçün giriş pulsuzdur.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı