Bakıya 44 ölkənin yığması gəlir
06.05.2014 - 08:22
Mayın 9-11-də Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirində iştirak edəcək ölkələrin son siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, yarışda millimizlə yanaşı, 44 ölkənin yığması mübarizə aparacaq.
Turnirə ümumilikdə 290 cüdoçu gələcək. Onlardan 187-si kişilərin yarışında, 103-ü qadınların mübarizəsində qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqəyə 39 idmançı (27 kişi, 12 qadın) ilə qatılacaq. Heyətdə yığmamızın aparıcı cüdoçuları da yer alıblar.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0