“Əsas hədəf maksimum nəticə göstərmək və liderliyimi qorumaqdır. Çalışacağam ki, sona kimi belə davam edim”. Apasport.az saytının məlumatına görə, bunu “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun IV mərhələsinin ikincisi İlnur Zakarin deyib.
Rusiyanın “Rusvelo” komandasının üzvü göy köynəyin sahibi olub. 4 mərhələdən sonra yarışın lideri olan Zakarin çıxışı haqqında bunları deyib: “Bugünkü mərhələyə gəlincə, 16 idmançı öndə gedirdi. Finişə 40 km qalmış sıçrayış etdim və bu yaxşı alındı. Tura gəlincə, əvvəlki mərhələlərdə güclü külək vardı. Sonra hər şey yaxşılığa doğru dəyişdi. Təşkilatçılığa söz ola bilməz, hər şey əladır”.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"