“Mən vətənpərvərəm. Heç vaxt pul üçün vətənimi tərk etmərəm. Qohumlarım, yaxınlarım burada yaşayır. Ukraynada böyümüşəm və ölkəmi dəyişə bilmərəm”. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı ağırlıqqaldıran Yuliya Kalina deyib.
58 kq çəki dərəcəsində London Olimpiadasında bürünc medal qazanan idmançı Azərbaycandan aldığı dəvətlə bağlı növbəti dəfə diqqət mərkəzinə düşüb. O, bu dəfə yığmamızdan konkret təklifin kim tərəfindən gəldiyini açıqlayıb: “Mənə də başa millilərdə çıxış etmək təklif olunub. Ötən ilin dekabrında Bakıda Qran-pri turnirinə qatılmışdım. Həmin vaxt Azərbaycan millisinin şərəfini qoruyan həmyerlilərimdən biri dedi ki, “baş məşqçimiz deyir ki, komandamızda hər şey var, bircə Yuliya Kalina çatışmır”. Mən də cavabında dedim ki, Kalina sizin olmayacaq”.
Kalinanın sözlərinə görə, həmyerlilərinin Azərbaycana üz tutmasında baş məşqçi dəyişikliyi də rol oynayıb: “Ukraynalılardan Yuliya Derkaç (58 kq), Tatyana Varlamova (+75 kq) Azərbaycan millisinin şərəfini qoruyur. Düşərgədə onlardan başqa 1-2 həmyerlim də var. Tanya gedəndə dedi ki, vətəndə heç bir perspektiv görmür, maaşdan şikayətlənirdi. Azərbaycanda daha çox pul vəd edildiyini, medal qazanacağı halda əmək haqqının daha da artırılacağı bildirmişdi. Hesab edərəm ki, hərənin öz seçimi var. Bəlkə də komanda yoldaşlarımın qərarına baş məşqçi dəyişikliyi də təsir göstərir. Axı, biz bir məşqçiyə öyrəşmişdik. Komandamızı Denis Qotfrid çalışdırdı, indi isə bu posta Yuri Kuçinov gəlib”.
Qeyd edək ki, az öncə ukraynalı Olqa Korobka da Azərbaycan yığmasından təklif aldığını və başqa bayraq altında çıxış etmək istəmədiyini açıqlamışdı.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"