“ShamkirChess 2015” start götürür
15.04.2015 - 23:27
Bu gün mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq şahmat turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, yarış Heydər Əliyev Mərkəzində aprelin 16-da saat 19:00-da başlayacaq.
Turnirin açılış mərasiminə rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri, yerli və xarici qonaqlar qatılacaq. Daha sonra yarışın püşkatma mərasimi keçiriləcək.
Habelə, turniri Rusiya, Norveç, Hindistan və İngiltərədən olan media nümayəndələri işıqlandıracaq. Qeyd edək ki, ilk turun partiyaları 17 aprel saat 15:00-da başlayacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0