“Spartak” Luçeskudan imtina etdi
28.05.2014 - 20:32
Moskvanın “Spartak” futbol klubu rumıniyalı məşqçi Mirça Luçesku ilə danışıqlardan imtina edib. Apasport.az saytının məlumatına görə, bunun tərəflərin müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilməməsi ilə bağlı olduğu bildirilir.
Qeyri-rəsmi informasiyaya görə, “Spartak”ın danışıqlardan imtina etməsinə 68 yaşlı Luçeskunun tələblərinin böyük olması səbəb olub. Luçesku xidməti üçün “Spartak”dan ildə 4 milyon avro istəyib.
0
0