Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku” daha bir beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının xəbərinə görə, velosipedçilərimiz aprelin 11-13-də Fransada təşkil olunacaq “Circuit Des Ardennes” yürüşündə mübarizə aparacaqlar.
Sayca 40-cı dəfə təşkil olunacaq və Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqorisını daşıyan yubiley xarakterli yarışda 22 komanda iştirak edəcək. Daha çox sprinterlərin mübarizəsi ilə yadda qalacaq bu yürüşdə “Synergy Baku”nun şərəfini Xorvatiyada təşkil olunmuş “Porec Trophy“ turunu qələbə ilə başa vuran Maksim Averin, həmçinin Aleksandr Surutkoviç, Daniel Klemme, Maykl Şvayzer, Luk Deyvison və Patrik Leyn qoruyacaq.
Komandanın idman direktoru Arviks Piziks yarışı olduqca çətin sınaq kimi dəyərləndirib. Onun sözlərinə görə, əsas məqsəd yürüşün mərhələlərinin birində qələbə qazanmaqdır.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"